Yığmamız Latviya açıq çempionatında iştirak edəcək
06.02.2025 - 11:29
Çimərlik voleybolu üzrə oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığma bu gün yarışın keçiriləcəyi Riqa şəhərinə yola düşüb.
Çimərlik voleybolçuları burada latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək təlim-məşq toplanışı keçəcəklər.
0
0