Yığmamızın heyəti bəlli oldu
14.05.2025 - 17:51
Yığmamızın heyəti bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti bəlli olub.

Apasport.az xəbər verir ki, yığmamızın ilkin heyətində 19 voleybolçu yer alıb.

Baş məşqçi Faiq Qarayavin komandasına 8 hücumçu, 5 blokçu, 4 libero və 2 toppaylayıcı daxil olub. Təcrübəli mütəxəssisə məşqçilər korpusunda Famil Ağayev və Emin Əbilov kömək edəcəklər.

Liberolar: Asiyət Abuyeva, Ceyran İmanova, Yuliya Kərimova, Bəyaz Quluyeva;

Toppaylayıcılıar: Yana Doroşenko, Kristina Besman;

Blokçular: Anastasiya Mertsalova, Aynur İmanova, Ayşən Abduləzimova, Mariya Kirilyuk, Olena Xarçenko;

Hücumçular: Yelizaveta Ruban, İlhamə Əzimova, Ülkər Kərimova, Nikolina Başnakova, Polina Rəhimova, Marqarita Stepanenko, Kseniya Pavlenko, Yelizaveta Burkova.

Qeyd edək ki, millimiz ilk oyununu mayın 30-da Bakıda Macarıstana qarşı keçirəcək.