Yüksək Liqa: “Abşeron”dan inamlı qələbə
18.01.2026 - 21:23
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç keçirilib.
Apasport.az xəbər verir ki, VIII turdan təxirə salınmış görüşdə “Gənclər” “Abşeron”la üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan oyun “Abşeron”un 3:0 (25:17, 25:16, 25:13) hesablı qələbəsi ilə başa çatıb.
0
0