Yüksək Liqa: “Azərreyl” “Gənclər”i, “Abşeron” “Gəncə”ni məğlub edib
15.01.2026 - 22:52
Yüksək Liqa: “Azərreyl” “Gənclər”i, “Abşeron” “Gəncə”ni məğlub edib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IX turu çərçivəsində növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Azərreyl”  “Gənclər”i 3:1 hesabı ilə məğlub edib.

“Abşeron” isə “Gəncə” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.