Yüksək Liqa: “Azərreyl” səfərdə qalib gəldi
13.02.2025 - 18:22
Yüksək Liqa: “Azərreyl” səfərdə qalib gəldi

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X tura yekun vurulub.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 1 matç keçirilib.

Çempionatın lideri “Murov Az Terminal” “Azərreyl”lə üz-üzə gəlib.

Qonaqlar lideri üç setdə məğlub edib. 

Yüksək Liqa (kişilər)
X tur

16:00. “Murov Az Terminal” - “Azərreyl” - 0:3 (19:25, 26:28, 19:25)