Yüksək Liqa: III tura yekun vurulub
21.11.2025 - 19:55
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə "Gəncə" "Turan"la üz-üzə gəlib.
Gəncə İdman Sarayında keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində UNEC "Azərreyl"i, "DH Volley" isə "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub edib.
0
0