Yüksək Liqa: IV tura yekun vurulub
26.11.2025 - 18:23
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IV turuna yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son oyunu Tovuzda keçirilib.
Tovuz Olimpiya Kompleksində baş tutan qarşılaşmada “Turan” komandası “DH Volley” üzərində 3:1 (25:13, 20:25, 25:17, 25:23) hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i 3:2, UNEC komandası isə “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub edib.
0
0