Bu gün qadın voleybolçular arasında Yüksək Liqada X turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, tura Gəncədə start verilib.
Şəhərin eyniadlı komandası “Azərreyl”lə üz-üzə gəlib.
3:0 hesabı ilə qalib gələn "Gəncə" rəqibi ilə xal fərqini artırıb.
Çempionatın lideri “Abşeron” isə “Murov Az Terminal”ı sınağa çəkib.
Tura “Milli Aviasiya Akademiyası” ilə yarışın autsayderi UNEC arasında görüşlə yekun vurulub.
Hər iki oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yüksək Liqa (Qadınlar)
X tur
11 fevral
14:30. “Gəncə” - “Azərreyl” - 3:0 (25:23, 25:18, 25:18)
16:00. “Abşeron” - “Murov Az Terminal” - 3:0 (25:15, 25:17, 25:22)
18:00. “Milli Aviasiya Akademiyası” - UNEC - 3:0 (25:16, 25:8, 25:6)
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb