Yüksək Liqa: "Neftçi" "Azərreyl"lə üz-üzə gələcək
22.01.2026 - 10:33
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında X turun matçları baş tutacaq.
Apasport.az xəbər verir ki, kişilərin yarışında "Neftçi" "Azərreyl"lə üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürəcək.
Qadınların mübarizəsində isə tura saat 16:00-da "Azərreyl" - "Gəncə" matçı ilə start veriləcək. Günün ikinci görüşü saat 18:00-da "Abşeron" və "DH Volley" arasında baş tutacaq.
Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.
0
0