Yüksək Liqa: UNEC-dən inamlı qələbə
19.11.2025 - 19:45
Yüksək Liqa: UNEC-dən inamlı qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, UNEC evdə "Azərreyl"lə üz-üzə gəlib.

Görüş UNEC-in idman zalında, saat 17:00-da start götürüb. Görüş ev sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, tura noyabrın 21-də yekun vurulacaq.