Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
15.10.2025 - 17:45
Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi

Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın I turu çərçivəsində növbəti oyun keçirilib.

Apasport.az xəbər verir ki, UNEC-in idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər.

Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub. Həlledici setdə üstün olan UNEC görüşü 3:2 hesabı ilə qalib başa vurub.

Yüksək Liqa

I tur

UNEC - “Milli Aviasiya Akademiyası” 3:2 (25:20, 19:25, 23:25, 25:20, 15:13)