Yüksək Liqa: XI turun növbəti oyunları keçiriləcək
29.01.2026 - 10:18
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
"Gənclər" - "Xilasedici" matçı saat 17:00 start götürəcək.
Qadınların çempionatında isə saat 16:00-da "Gənclər" "Turan"la, 18:00-da "DH Volley" "Azərreyl"lə üz-üzə gələcək.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
0
0