Yüksək Liqa: Yeni ilin ilk oyunları keçiriləcək
06.01.2026 - 09:54
Yüksək Liqa: Yeni ilin ilk oyunları keçiriləcək

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, kişi voleybolçuların yarışında VIII turun iki qarşılaşması azarkeşlərin diqqətinə təqdim olunacaq.

Saat 16:00-da “Neftçi” komandası “Gənclər”lə üz-üzə gələcək. Günün ikinci oyunu isə saat 18:00-da “Ordu” ilə “Murov Az Terminal” arasında baş tutacaq. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qadınların yarışında isə VI turdan təxirə salınmış “Murov Az Terminal” – “Abşeron” oyunu oynanılacaq. Qarşılaşma “Murov Az Terminal”ın idman zalında, saat 17:00-da start götürəcək.