"Qarabağ" məğlub oldu
                    
                    09.07.2024 - 16:32
                        
                    
                    “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, “köhlən atlar” Almaniya təmsilçisi “Kayzerslautern”ə 1:3 hesabı ilə məğlub olublar.
Komandamızın yeganə qolunu görüşün 70-ci dəqiqəsində Elvin Cəfərquliyev vurub. Qol ötürməsini isə albaniyalı Redon Çiça verib.
Xatırladaq ki, bu gün 20:00-da “Qarabağ” - “Viktoriya Plzen”lə üz-üzə gələcək.
 
                                
                                0
                                
                                0