"Neftçi" son dəqiqədə 1 xal qazanıb - Yenilənib
24.08.2024 - 22:25
"Neftçi" son dəqiqədə 1 xal qazanıb - Yenilənib

Bu gün Misli Premyer Liqasının IV turu çərçivəsində növbəti oyun keçirilib.

Apasport.az xəbər verir ki, günün son matçında "Neftçi" "Araz Naxçıvan"ın qonağı olub.

Qələbə üzünə həsrət qalan Roman Qriqorçukun yetirmələri bu gün azarkeşlərini sevindirməyə çalışıb. 

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da "Liv Bona Dea Arena"da start götürüb.

Qeyd edək ki, turun açılış matçında "Səbail" "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlib. Daha iki görüş isə sabah keçiriləcək.

Misli Premyer Liqası

IV Tur

24 avqust 

20:30. "Araz-Naxçıvan" - "Neftçi" 1:1

Qol: Ömər Buludov, 26, Ramil Şeydayev 90+5

Liv Bona Dea Arena

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 10. Bernardo Dias

Baş məşqçi: Elmar Baxşıyev

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 19. Azər Salahlı  90. Ramil Şeydayev (k), 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev,13. Emil Səfərov, 4. Mark Tamaş, 24.Mustafa Seki, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Baş məşqçi: Roman Qriqorçuk

 

 

writer photo
Adil Nəhmətli
0