Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə və mütəxəssis Brandon İsakov sentyabrın 11-12-də Yaponiyanın paytaxtı Tokioda keçirilən "World Athletics" Konqresi və Konvensiyasında iştirak ediblər.
Apasport.az xəbər verir ki, Konqresdə təşkilatın illik hesabatı təqdim edilib, nizamnaməyə dəyişikliklər, eləcə də kontinental assosiasiyaların hesabatları müzakirə edilib.
Bundan əlavə, atletikanın 2022-2030-cu illər üçün inkişaf planına da baxılıb.
Konvensiyada idmanda süni intellektin rolu, xüsusilə istedadların üzə çıxarılması və təlimi, yeni "World Athletics Ultimate" Çempionatının (WAUC) turnirinin təqdimatı, rəqəmsal idmanda və virtual iştirakda yeniliklər, həmçinin atletikanın sosial təsiri və əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
Qeyd edək ki, konqresdən sonra sentyabrın 13-dən 21-dək atletika üzrə dünya çempionatı keçiriləcək.
- PSJ-nin prezidenti: “Superliqanın yaradıcılarına yazığım gəlir”
- Millimizin baş məşqçisi: "Hədəfimiz dünya çempionatının finalına vəsiqə qazanmaqdır"
- Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
- "Gəncə" - UNEC oyununun yeri dəyişdirildi
- AMADA güləşçimizi 36 aylıq diskvalifikasiya edib