Azərbaycanın ağırlıqqaldırma millisi Qazaxda təlim-məşq toplanışındadır.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Qazax Olimpiya İdman Kompleksində məskunlaşan idmançılar qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.
AAF-nin vitse-prezidenti Firdovsi Umudov yığmanın düşərgəsinə baş çəkib.
O, məşqçilər heyəti və idmançılarla görüşüb, onların problemləri ilə maraqlanıb. Məşqi izləyəndən sonra Umudov iclas keçirib, federasiya rəhbərliyinin komandanı daim diqqətdə saxladığını, onlara inandığını bildirib, qarşıdakı yarışlarda uğurlu çıxış arzulayıb.
- Adil Şükürov: "Qarabağ"ın qələbəsi play-offa düşəcəyi anlamına gəlmir"
- La Fuente: "İngiltərənin çox yaxşı olduğunu bilirdim"
- “Qarabağ” - “Ayntraxt” oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
- Evren Alkaya: "Etdiyimiz səhvlər bizə baha başa gəldi"
- Yassin Benzia: “Hər zaman “Lion”a minnətdar olacam”