UEFA Danimarkanı cəzalandırıb
25.06.2024 - 16:54
![UEFA Danimarkanı cəzalandırıb](https://ww3.apasport.az/storage/news/2024/june/25/big/667abcba070c3667abcba070c41719319738667abcba070bf667abcba070c1.jpg)
UEFA Danimarka Futbol Federasiyasını cəzalandırıb.
Apasport.az xəbər verir ki, buna onların azarkeşlərinin AVRO-2024-də açdığı banner səbəb olub.
Hadisə İngiltərəyə qarşı 1:1 hesabı ilə bitən matçda baş verib. Pankartlarda UEFA-ya qarşı təhqirlərin olduğu şüarlar yer aldığı üçün federasiya 10 min avro ödəyəcək.
Qeyd edək ki, daha öncə UEFA Albaniya və Serbiya futbol federasiyalarını siyasi şüarlara görə cərimələyib.
0
0