“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun komandasına keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis bunu mümkünsüz adlandırıb.
Təcrübəli çalışdırıcı bildirib ki, 37 yaşlı portuqaliyalı ilə heç vaxt danışıq aparılmayıb: “Mən heç vaxt Kriştiano Ronaldo ilə bura gəlməsi üçün danışmamışam. Özümü “Real”da görmədiyim kimi, Kriştianonu da “Atletiko”da görmürəm”.
Qeyd edək ki, 52 yaşlı Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun rəhbərliyi altında komanda 592 oyun keçirib.
- “Qarabağ”la oyunöncəsi “Olimpiakos”da daha bir itki
- Azərbaycan çempionatının püşkü atılacaq
- Rasim Ramaldanov: "Millinin hazırkı heyətində 2-3 futbolçu daha ola bilərdi" - Müsahibə
- Cavid Hüseynov ondan imtina etdi, qapıçı təzminat istəyir
- Fabian Ramos: “Neftçi”nin “Qarabağ”la cavab görüşündə geridönüş etməsi mümkünsüzdür"