15 mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
04.04.2024 - 16:10
![15 mövsümün məhsuldarlıq rekordu qeydə alınıb](https://ww3.apasport.az/storage/news/2024/april/04/big/660e842b19c1c660e842b19c1d1712227371660e842b19c1a660e842b19c1b.jpg)
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında 7 qol vurulub.
Apasport.az xəbər verir ki, “Neftçi” – “Qarabağ” matçında (0:4) dörd, “Zirə” – “Qəbələ” görüşündə (2:1) üç qol vurulub.
Bu, son 15 mövsüm üçün yarımfinalın ən yüksək məhsuldarlığıdır. Daha çox qola 2008/09 mövsümündə təsadüf olunub.
Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.
0
0