AFFA “İmişli”nin şikayətini təmin etməyib
31.10.2025 - 17:44
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “İmişli” klubunun şikayətini təmin etməyib.
Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Misli Premyer Liqasının IV turunda keçirilmiş “İmişli” – “Sumqayıt” oyununda “İmişli” klubuna qarşı çıxarılan qərar qüvvədə saxlanılıb.
Qərara əsasən, qarşılaşmanın 67-ci dəqiqəsində komandanın heyətində adı oyun protokolunda qeyd olunmayan İbrahim Əliyevin meydana daxil olması səbəbindən “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat məbləğində cərimələnib.
- Silva Kruz: "Bəlkə mən də "Neftçi"nin məşqçisi olacam və..." - Müsahibə
- "Beşiktaş"da daha bir ayrılıq
- Azərbaycanlı futbolçu “Barselona”da çıxış edəcək
- Milliləşdirilmiş legionerimiz: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ
- KİV nümayəndələri arasında velosiped yarışı keçirilib
0
0