AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qurum tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanarkən ictimaiyyətə müraciət olunub və rəylər toplanıb.
"Son olaraq strategiyanın layihəsinə rəy və təkliflərinizi 2025-ci il yanvarın 13-ü, saat 12:00-a qədər bildirə bilərsiniz. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq. Təkliflərinizi göstərilən tarixə qədər aşağıda qeyd olunan link və ya e-mail ([email protected]) vasitələri ilə bildirə bilərsiniz", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, AFFA-nın inkişaf strategiyasının layihəsi qurumun rəsmi saytında yerləşdirilib.
- Felipe Santosun yeni klubu bilindi – Asiyada oynayacaq
- UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçiriləcək
- Pepe Kloppu “Barselona” azarkeşinə çevirib – MARAQLI ETİRAF
- Dç-2026: Almaniya qol oldu, Kurasaoya yağdı - YENİLƏNİB
- Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO