![AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib](https://ww3.apasport.az/storage/news/2024/november/28/big/6748758304e316748758304e3217328019236748758304e296748758304e30.jpg)
AFFA-nın təşkilatçılığı, “Xudat City” Futbol Akademiyasının dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu, Xudat şəhərində təşkil edilən kursa 25 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumatlar verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.