“Real Madrid” Valverde ilə yeni müqavilə imzalayacaq
23.11.2026 - 10:44
“Real Madrid” Valverde ilə yeni müqavilə imzalayacaq

İspaniyanın “Real Madrid” klubu yarımmüdafiəçisi Federiko Valverde ilə müqaviləni uzatmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi uruqvaylı futbolçu ilə 2031-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə barədə razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında bütün məsələlər razılaşdırılıb. Yeni müqavilənin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

Valverdenin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Yeni anlaşma ilə futbolçunun maaşı da artırılacaq. 

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə Uruqvayın “Penyarol” klubundan “Real Madrid”ə transfer olunub. O, Madrid təmsilçisinin əsas komandasında 2018-ci ildən çıxış edir.