AFFA rəsmisi Konfrans Liqasında
20.11.2023 - 15:19
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
O, Konfrans Liqasının qrup mərhələsi çərçivəsində iş başında olacaq. “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi Cəfərov olacaq.
Qeyd edək ki, bu matç noyabrın 30-da Astanada keçiriləcək.
- FİDE prezidentindən azərbaycanlı dünya çempionlarına TƏBRİK
- Fernandu Santuş: “Bunu biabırçı məğlubiyyət adlandırmazdım”
- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub
- Vinisius ilk pillədə, Arda Güler yerində saydı - SİYAHI
- Mehdi Hüseynzadə adına stadionda işıqlandırma ilə bağlı işlər tamamlandı
0
0