AFFA rəsmisi "Yuventus"un oyununa təyinat alıb
04.02.2025 - 12:14
![AFFA rəsmisi "Yuventus"un oyununa təyinat alıb](https://ww3.apasport.az/storage/news/2025/february/04/big/67a1ccb3c4aba67a1ccb3c4abb173865694767a1ccb3c4ab867a1ccb3c4ab9.jpg)
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Fevralın 12-də Trabzonda yerləşən “Şenol Günəş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0
0