AFFA rusiyalı məşqçiyə təklif göndərə bilər
03.04.2024 - 11:52
![AFFA rusiyalı məşqçiyə təklif göndərə bilər](https://ww3.apasport.az/storage/news/2024/april/03/big/660d0aaf27e34660d0aaf27e351712130735660d0aaf27e32660d0aaf27e33.jpg)
Rusiyalı məşqçi Stanislav Çerçesov Azərbaycan millisinə rəhbərlik edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Sport Express" nəşri məlumat yayıb. 60 yaşlı mütəxəssisin yaxın zamanda AFFA-dan təklif ala biləcəyi qeyd olunub.
Materialda Çerçesovun yığmanı çalışdırmağa əsas namizədlərdən olduğu bildirilib.
Qeyd edək ki, sabiq qolkiper 2016-2021-ci illərdə Rusiya millisinə rəhbərlik edib.
0
0