AFFA VAR mərkəzində seminar keçirilib
03.04.2024 - 16:33
![AFFA VAR mərkəzində seminar keçirilib](https://ww3.apasport.az/storage/news/2024/april/03/big/660d4cc70af48660d4cc70af491712147655660d4cc70af46660d4cc70af47.jpg)
Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” klubunun Gənclər Liqasında çıxış edən komandası üçün Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən seminar keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.
Eyni zamanda, suallar cavablandırılıb.
0
0