Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov gənclər arasında Avropa çempionu tituluna yiyələnib.
Federasiyadan verilən məlumata görə, 67 kq-da çıxış edən atlet bu uğura Albaniyanın Dürres şəhərində nail olub.
Yaşı 23-dək olan idmançılar arasında mübarizə aparan Rüstəmov birdən qaldırma hərəkətində 131 kq çəkinin öhdəsindən gələrək bütün rəqiblərini qabaqlayıb və kiçik qızıl medala layiq görülüb.
Təkanla qaldırmada 162 kq-ı ram edən İsa bu hərəkətdə də birinci yeri tutub. O, toplam 293 kq (131+162) nəticə göstərərək, yekun sıralamada da çempion olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Rüstəmovdan öncə Tehran Məmmədov (61 kq) Avropa birinciliyini ikinci pillədə başa vurub.
- "Turan Tovuz" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
- Çağlar və Krunyiç "Fənərbaxça"ya doğru
- “Neftçi” “Rapid”in sabiq baş məşqçi ilə müqavilə imzaladı
- “Fənərbaxça” Aktürkoğlu transferində Razılıq əldə etdi
- Branimir Subaşiç: "Azərbaycan formasıyla oyuna çıxanda bütün ürəyimlə oynayırdım” - Müsahibə