Alfa Konte DÇ-2026-nın seçmə mərhələsi üçün milliyə çağırılıb
29.05.2024 - 11:57
![Alfa Konte DÇ-2026-nın seçmə mərhələsi üçün milliyə çağırılıb](https://ww3.apasport.az/storage/news/2024/may/29/big/6656de7414d3e6656de7414d3f17169690766656de7414d3c6656de7414d3d.png)
"Neftçi" klubunun futbolçusu Alfa Konte Syerra Leone millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti paylaşım edib.
23 yaşlı yarımmüdafiəçi Cibuti və Burkina Faso yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Qeyd edək ki, Syerra Leone iyunun 5-də Cibuti, 5 gün sonra isə Burnika Faso ilə üz-üzə gələcək.
0
0