Lunindən ardıcıl rekordlar
“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Real Sosyedad” üzərində 1:0 hesablı qələbəni bayram edib.
Apasport.az xəbər verir ki, bu qarşılaşmada “kral klubu”nun qapıçısı Andrey Lunin iki rekorda imza atıb.
Andrey Lunin "Real Sosyedad" qarşısında neçə seyv etdi?
Ukraynalı qolkiper altı seyv edib ki, bu da 2024/25 mövsümündə bütün yarışlarda qol buraxılmayan matçlarda Madrid klubunun digər qapıçılarında olduğundan çoxdur. Bundan əlavə, o, 2013/14 mövsümündən bəri ölkə kuboku çərçivəsində “quru oyunlar”da komandanın bütün qapıçıları arasında bu göstərici üzrə rekorda imza atıb.
Yarımfinalın cavab oyunu aprel ayında, “Santyaqo Bernabeu”da keçiriləcək.
- Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib
- “Fənərbaxça” – “Qalatasaray” derbisinin tarixi bəlli olub
- ABL: “Gəncə” “Şəki” ilə qarşılaşacaq
- Saşa Yunisoğlu: “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir” - MÜSAHİBƏ
- "Prezident Kuboku-2024" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib