"Qarabağ"ı keçən komanda Türkiyə klubunu da kənarlaşdırdı
15.03.2023 - 23:45
Avropa Konfrans Liqasının ilk 1/4 finalçısı bəlli olub.
Apasport.az xəbər verir ki, bu, "Qarabağ"ı 1/16 finalda mübarizədən kənarlaşdırmış Belçikanın "Gent" komandasıdır.
Onlar İstanbulda "Başakşehir"i 4:1 hesabı ilə məğlub edib. Bu matçda "Qarabağ"a da qol vurmuş nigeriyalı Orban Cift het-trik edib.
UEFA Konfrans Liqası
1/8 final, cavab oyunu
"Başakşehir" (Türkiyə) – "Gent" (Belçika) 1:4
Qeyd edək ki, tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.
- Zeyd Ələsgərov: "İnanıram ki, EYOF-da uğurlu çıxışımı davam etdirəcəm"
- “Barsa”nı çox gözləməyəcək
- Zinəddin Zidan "Bavariya"ın baş məşqçisi ola bilər
- Azərbaycan - İsveç matçına satılan biletlərin sayı açıqlanıb
- Andrey Popoviç: “Qriqorçuka "Neftçi"ni tam formalaşdırmağa icazə versələr, nəticə göstərəcək” - MÜSAHİBƏ
0
0