"Araz-Naxçıvan"da yeni müqavilə
03.06.2024 - 10:55
!["Araz-Naxçıvan"da yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2024/june/03/big/665d660d67832665d660d678331717397005665d660d67830665d660d67831.jpg)
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, cari ilin qışında komandaya keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq.
Azərbaycanın U-21 millisinə də cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti bir ildir.
Qeyd edək ki, bunadək Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayevlə sözləşmənin müddətini uzadan "Araz-Naxçıvan" Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu transfer edib.
0
0