"Araz-Naxçıvan"ın "Soqdiana" ilə görüşü ləğv olunub
21.07.2024 - 15:45
!["Araz-Naxçıvan"ın "Soqdiana" ilə görüşü ləğv olunub](https://ww3.apasport.az/storage/news/2024/july/21/big/669cfa1486e32669cfa1486e331721563668669cfa1486e30669cfa1486e31.jpeg)
Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, komanda “Al Arabi” (Küveyt) ilə iyulun 24-də qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Əvəzində Özbəkistanın “Soqdiana” klubu ilə planlaşdırılan matç baş tutmayacaq. Özbəklərin Türkiyədəki toplanışı alınmayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” yoxlama oyununda “Alanyaspor”a (1:1) heç-heçə oynayıb.
0
0