"Aston Villa" "Latsio"nun futbolçusu ilə maraqlanır
05.01.2024 - 13:28
!["Aston Villa" "Latsio"nun futbolçusu ilə maraqlanır](https://ww3.apasport.az/storage/news/2024/january/05/big/6597bb5a40ae06597bb5a40ae117044427146597bb5a40ade6597bb5a40adf.jpg)
"Aston Villa" "Latsio"nun hücumçusu Felipe Andersonla maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, Birminhem klubu 30 yaşlı futbolçunu 2024-cü ilin yayında azad agent kimi transfer etmək istəyir.
Qeyd edək ki, Anderson daha əvvəl 2018-2021-ci illərdə “Vest Hem”də çıxış edib.
Bu mövsüm braziliyalı "Latsio"nun heyətində 25 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt Andersonu 10 milyon avro qiymətləndirir.
0
0