Avropa kubokunda 2 medal
11.11.2024 - 00:41
Noyabrın 9-10-da Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması turniri iki medalla başa vurub.
Yarışın 2-ci günündə Canpolad Əliyev (90 kq) fəxri kürsüdə yer alıb. O, bürünc medalla kifayətlənib.
Avropa kubokunun ilk günündə Bayram Orucov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Qedy edək ki, turnirdə 29 ölkədən 614 idmançı iştirak edib.
- Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ
- Xabi Alonso daha bir mövsüm "Bayer"i çalışdıracaq
- Acunun komandası “fənər”in heyətdən uzaqlaşdırdığı futbolçunu istəyir
- "Qəbələ" "Kəpəz"lə üz-üzə gəələcək
0
0