Ayaz Quliyev: “Nəhayət ki, qələbə qazana bildik”
29.11.2024 - 22:56
![Ayaz Quliyev: “Nəhayət ki, qələbə qazana bildik”](https://ww3.apasport.az/storage/news/2024/november/29/big/674a0eec8247c674a0eec8247d1732906732674a0eec82470674a0eec8247b.jpeg)
"Sabah"ın futbolçusu Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Misli Premyer Liqasının XV turunun "Səbail"lə matçından (1:0) sonra fikirlərini bölüşüb:
"Futbol üçün çox darıxmışdım. İlin sonunda olsa da, nəhayət ki, yaşıl meydanlara qayıtdım. Həqiqətən çox sevincliyəm. Çətin dövrdən sonra nəhayət ki, qələbə qazana bildik".
0
0