Azarkeşlərə hücum edən futbolçuya bir cəza da AFFA-dan
15.08.2024 - 12:14
![Azarkeşlərə hücum edən futbolçuya bir cəza da AFFA-dan](https://ww3.apasport.az/storage/news/2024/august/15/big/66bdb93d414ed66bdb93d414ee172370975766bdb93d414ea66bdb93d414eb.jpg)
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının II turunda keçirilən "Səbail" -"Neftçi" (1:1) matçından sonra "ağ-qaraların" futbolçusu Ervin Koffi azarkeşlərlə mübahisə edib.
Əsəblərini cilovlaya bilməyən müdafiəçi tribunadakı azarkeşlərə su butulkası fırladıb.
Apasport.az xəbər verir ki, AFFA İntizam Komitəsi (İK) bu səbəblə "Neftçi"nin futbolçusu Ervin Koffini 2 oyunluq cəzalandırıb.
"Ağ-qaralar" isə buna görə 2000 manat cərimələnib.
"Neftçi" görüş bitdikdən sonra fanatların iğtişaş törətməsi ucbatından 4000 manat ziyana düşüb.
0
0