Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib
24.05.2024 - 12:03
![Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib](https://ww3.apasport.az/storage/news/2024/may/24/big/66504c3311c2a66504c3311c2b171653841966504c3311c2866504c3311c29.jpg)
Həndbol üzrə XXX Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət “Kür” və “Azəryol” komandaları qarşılaşıblar. 30:27 hesab ilə qələbə qazanan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.
İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. Gərgin mübarizədə “İdman Akademiyası” 32-21 hesabı ilə qalib gəlib.
0
0