Azərbaycan çempionu Torreslə anlaşdı
21.10.2022 - 10:46
Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu qatıb.
Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında iştirak edəcək təmsilçimiz braziliyalı Pedro Torreslə anlaşıb.
Forvard Naxçıvan klubuna ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya əlavə olunub.
Qeyd edək ki, 23 yaşlı futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda 3 qol vurub.
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurdu
- 2 taekvondoçumuz dünya çempionatında çıxışını başa vurdu
- AFFA-nın əməkdaşı İsveçrədə beynəlxalq seminarda iştirak edib
- “Qarabağ” - “Neftçi”: Heyətlər bəlli oldu
0
0