![Azərbaycan futbolunda biabırçılıq: Qarşılaşmaya hakim təyin edilmədi](https://ww3.apasport.az/storage/news/2024/december/12/big/675a72fdb2c77675a72fdb2c781733980925675a72fdb2c75675a72fdb2c76.jpg)
AFFA U-15 Liqasında EFA – “Qəbələ” oyunu baş tutmayıb.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Namiq Hacızadə məlumat yayıb.
Mütəxəssis sosial şəbəkə hesabında matçın keçirilməməsinin səbəbini açıqlayıb:
“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futboluna nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.