İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib.
Apasport.az saytının məlumatına görə, konqres çərçivəsində millimizin üzvü Anna Baştaya xüsusi mükafat təqdim olunub.
26 yaşlı idmançı cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi olub. O, son Avropa çempionu, dünya çempionatının finalçısı kimi qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsidir.
Azərbaycan qılıncoynadanlarından daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.
- Keçmiş komanda yoldaşı: “Ronaldo ilə müqavilə pozulmalıdır”
- Paris-2024: Badmintonçumuz ilk görüşdə məğlub oldu
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- Premyer Liqada mövsümün rəmzi heyəti: YALNIZ LEGİONERLƏR
- Rəşad Sadıqov: "Adama ağır gəlir" - VİDEO