Azərbaycan klubunun üzvü 5 oyunluq diskvalifikasiya olunub
23.01.2025 - 14:27
![Azərbaycan klubunun üzvü 5 oyunluq diskvalifikasiya olunub](https://ww3.apasport.az/storage/news/2025/january/23/big/6792197a0b2136792197a0b21417376280266792197a0b2116792197a0b212.jpg)
Azərbaycanın "Star Kargo" klubunun futzalçısı Qərib İbrahimov 5 oyunluq diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Q.İbrahimovun cəzalanmasına Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.
0
0