Azərbaycan Premyer Liqasında yanvar ayının qolu seçildi
17.02.2024 - 17:21
![Azərbaycan Premyer Liqasında yanvar ayının qolu seçildi](https://ww3.apasport.az/storage/news/2024/february/17/big/65d0b09be5cbc65d0b09be5cbd170817551565d0b09be5cb865d0b09be5cba.jpg)
Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu, "Kəpəz"in futbolçusu Martins Juniordur. Onun 19-cu turda "Turan Tovuz"a qarşı matçda vurduğu qol ən yaxşı seçilib. Oyunçu səsvermədə Kadiri Mohammed ("Araz-Naxçıvan"), Olavale Onanuqa ("Turan Tovuz"), Dieqo Valdez ("Neftçi) və Emil Səfərovu ("Qəbələ") qabaqlayıb.
M. Junior “Sabah” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub. Futbolçuya mükafatları "Bank Respublika Arena"da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
0
0