Savat idman növü üzrə Azərbaycan millisi İtaliyanın Cenova şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıb.
Apasport.az xəbər verir ki, onlardan 3-ü qızıl, 1-i gümüş medal olub.
Assault və precombat növü üzrə təşkil edilən yarışda Raul Hüseynzadə (30 kq), Məhəmməd Məmmədli (48 kq), Yasin İbrahimov (56 kq) birinci, Nihat Quliyev (60 kq) isə ikinci yeri tutub.
Gənclərdən və kadet idmançılardan ibarət heyət turnirdə yığmanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, beynəlxalq turnirdən qazanılan ümumi medalların sayına görə ev sahibi İtaliya millisindən sonra Azərbaycan yığması ikinci yeri tutub.
- Cahangir Fərəcullayev: “Bizim komanda qarşısında tələbimiz yoxdur”
- Holland futbolçu addım-addım “Qalatasaray”a
- "Zirə" yarımfinalda - YENİLƏNİB
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
- "Neftçi" "Sumqayıt"ı, "NTD-İndiqo" "Xəzri"ni məğlub edib