Azərbaycan yığması FİFA reytinqində 3 pillə geriləyəcək
30.03.2023 - 11:12
![Azərbaycan yığması FİFA reytinqində 3 pillə geriləyəcək](https://ww3.apasport.az/storage/news/2023/march/30/big/6425369f9976c6425369f9976d1680160415a911be2e2516c2a6b7cb83f3a5c54f10.jpg)
Azərbaycan millisinin növbəti FİFA reytinqindəki mövqeyi bəlli olub.
Apasport.az saytının məlumatına görə, yığmamız aprel reytinqində dünyanın 124-cü komandası olacaq.
Canni de Byazinin yetirmələrinin hesabında 1142,25 xal olacağı dəqiqləşib. Millimiz hesabat dövründə iki matça çıxıb. Komandamız AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.
Bu, millinin 3 pillə geriləməsinə səbəb olub. Niger, Qambiya və Mərkəzi Afrika Respublikası yığmamızı arxada qoyub.
Qeyd edək ki, FİFA reytinqi aprelin 6-da açıqlanacaq.
0
0