![Azərbaycanlı hakimlər Çempionlar Liqasında](https://ww3.apasport.az/storage/news/2022/august/22/big/630320c292ac8630320c292ac91661149378630320c292ac4630320c292ac6.jpg)
Futzal üzrə Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, FIFA referisi Hikmət Qafarlı avqustun 24-dən 29-dək İsveçrənin Bern şəhərində keçiriləcək “Futsal Minerva” (İsveçrə), “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San Marino) komandalarının yer aldığı D qrupunun oyunlarını idarə edəcək.
Digər FIFA referisi Knyaz Əmiraslanov isə ilkin seçmə mərhələnin F qrupunda keçiriləcək oyunlara təyinat alıb.
“Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 28-dək Almaniyada təşkil ediləcək.