Serbiya voleybol millisini Paris Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdıqdan sonra Avropa mətbuatında baş məşqçinin qovulması ilə bağlı xəbərlər yayılmışdı.
Apasport.az xəbər verir ki, Serbiya Voleybol Federasiyası bu xəbərləri təkzib edib.
Yayılan xəbərlərdə Covanni Quidettinin postunu Stefan Antiqanın tutması ilə bağlı məlumat yer alırdı.
Federasiya isə bildirib ki, voleybol millisinin nəticələrindən və inkişafından razıdır. Rəhbərlik hazırda hər hansı məşqçi dəyişikliyi barədə düşünmür.
Xatırladaq ki, serblər Olimpiadanın 1/4 final mərhələsində İtaliyaya məğlub olaraq mübarizəni dayandırıb. İtaliya isə yarımfinalda Türkiyənin rəqibi olub.
- Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ
- "Qəbələ" legioneri ilə vidalaşdı: BA LOUA DA YOLA SALINDI
- Azərbaycanın tanınmış məşqçisi də Qarabağdakı etiraz aksiyasında
- Tovuz stadionunda işıqlandırma sistemi quraşdırıldı
- UEFA-nın dəstəyi ilə Ağcabədidə futbol festivalı keçirilib