Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək
15.07.2024 - 10:39
![Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/july/15/big/6694c2bc32ed96694c2bc32eda17210252126694c2bc32ed46694c2bc32ed7.jpg)
Bakıda AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Kurslar avqustun 12-dən 15-dək (1-ci modul), sentyabrın 9-dan 12-dək (2-ci modul), sentyabrın 30-dan oktyabrın 3-dək (3-cü modul) və noyabrın 4-dən 8-dək (imtahan həftəsi) baş tutacaq.
0
0