"Neftçi" Qəbələyə yollanır
05.01.2025 - 19:52
!["Neftçi" Qəbələyə yollanır](https://ww3.apasport.az/storage/news/2025/january/05/big/677aa508cf6cb677aa508cf6cc1736090888677aa508cf6c9677aa508cf6ca.jpg)
"Neftçi" qış təlim-məşq toplanışını Qəbələ şəhərində davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" mövsümün ikinci yarısı üçün hazırlığı yanvarın 6-dan 12-dək Qəbələ şəhərində keçirəcək.
Komandanın yoxlama oyunlarındakı rəqibləri isə qarşıdakı günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Neftçi” bu il ilk rəsmi matçını yanvarın 19-da “Sabah”a qarşı keçirəcək. Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi Arena”da baş tutacaq oyun saat 18:30-da başlayacaq.
0
0